"Donaldın biri gələrsə, digəri mütləq ki, getməlidir"
Dünya
04.11.2024 13:30
"Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-də keçiriləcək prezident seçkilərində qalib gələrsə, Polşanın baş naziri Donald Tusk istefa verməlidir".
TodayPress xəbər verir ki, bu sözləri "Polsat" telekanalında ölkənin keçmiş milli müdafiə naziri Mariuş Blaşçak deyib.
O qeyd edib ki, Varşava üçün Vaşinqtonla sıx əlaqələr saxlamaq vacibdir.
“Mən hazırkı hökumətin Kamala Harrisə güvənməsindən narahatam. Buna görə də Tusk Trampın qələbəsindən sonra istefa verməlidir” deyə hazırda Qanun və Ədalət partiyasının parlament fraksiyasına rəhbərlik edən siyasətçi bildirib.
Blaşçak Trampın hakimiyyətə qayıdışının Harrisin seçilməsindən daha çox Polşanın maraqlarına uyğun olduğuna əminliyini bildirib.
Eyni zamanda, keçmiş milli müdafiə naziri vurğulayıb ki, bəzi Polşa rəsmiləri və ictimai xadimlər Donald Trampı sərt şəkildə tənqid edirlər. O, Tuskın Trampa hücumlarını Berlinə qarşı “xidmət” kimi qəbul etdiyini açıqlayıb.
"Tramp qalib gəlsə, məncə, Polşadakı hökumət dərhal dəyişməlidir, çünki ABŞ və Almaniya müdafiə məsələsində bizə dəstək verə bilmir" deyə Blaşçak yekunlaşdırıb.
Töhfə Səməd
tag: Donald, Tramp, Harris, Polşa, Berlin, ABŞ, todaypress.az,