Donald Trampın mitinqində atəş açıldı, üzündə qan izləri göründü

Dünya

14.07.2024 02:45

1462

Donald Trampın Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqində atəş açılıb.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, mitinqin yayımı siyasətçinin yutub kanalında aparılıb. Tramp izdihamın arasından silah səsləri gəlməyə başladıqda sağ əlini boynuna doğru uzatdıb. Onun qulağında və üzündə qan görünüb. Tramp səhnədən endirilərkən yumruğunu havaya qaldırıb.

Prezidentliyə namizəd Məxfi Xidmət agentləri tərəfindən səhnədən düşürülərək kortejinə aparılıb.

Səs-küylərin dəqiq mənbəyi bəlli deyil. O səhnədən endirildikdən sonra da silah səsləri eşidilməyə davam edib.

Nəzrin Cavadzadə

tag: todaypress.az,Donald Tramp, Seçki, Silah səsləri, Gizli Xidmət agentləri,