Donald Tramp vitse-prezidentliyə namizədinin adını açıqladı
Dünya
16.07.2024 00:02
ABŞ-nin Respublikaçılar
Partiyasının Miluokidə keçirilən Milli Qurultayına getməzdən əvvəl Donald Tramp
vitse-prezidentliyə namizədinin adını açıqlayıb.
TodayPress xəbər verir ki,
Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə,
administrasiyada vitse-prezident postunu Ohayo ştatının senatoru Cey Di Vens
ala bilər
“Truth” sosial şəbəkəsindəki
paylaşımında Tramp izah edib ki, o, Vensi ABŞ-ın vitse-prezidenti vəzifəsində
işləməyə ən layiqli şəxs hesab edir.
Qeyd edək ki,
Respublikaçıların qurultayı iyulun 15-də başlayıb, iyulun 18-dək davam edəcək.
tag: todaypress.az, Tramp, ABŞ, Respublikaçılar, Cey Di Vens,