Donald Tramp Mark Zukerberq ilə görüşdü

Dünya

28.11.2024 09:16

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo iqamətgahında "Meta" şirkətinin rəhbəri Mark Zukerberq ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə Trampın gələcək köməkçisi və Ağ Evin siyasət və milli təhlükəsizlik məsələləri üzrə aparat rəhbərinin müavini Stiven Miller "Fox News" telekanalına məlumat verib.

“Bəli, bu doğrudur. Mark Zukerberq Donald Trampın rəhbərlik etdiyi islahat hərəkatı sayəsində Amerikada və bütün dünyada gördüyümüz dəyişiklikləri dəstəkləmək və bu prosesdə iştirak etmək arzusunu çox açıq şəkildə ifadə edib” deyə Miller qeyd edib.

tag: ABŞ,Mark, Tramp, Ağ Ev, Meta, todaypress.az,