Donald Tramp Kamala Harrisi geridə qoydu

Dünya

09.09.2024 12:20

ABŞ prezidentliyinə namizəd Kamal Harris Donald Trampla növbəti debat öncəsi liderliyi itirmək üzrədir.

TodayPress-in “The New York Times“ nəşrinə istinadən xəbərinə görə, sonuncu sorğunun nəticəsi rəqiblər arasında 1 faizlik fərqin yarandığını ortaya qoyub.

Belə ki, D. Tramp 48, K.Harris isə 47 faiz respondentin dəstəyini qazanıb.

“CBS News”un keçirdiyi rəy sorğusu isə əksinə, Kamala Harrisin 1 faiz öndə olduğunu göstərib. Rəqiblər arasında növbəti debatlar isə sentyabrın 10-da Filadelfiyada keçiriləcək.

Bu arada, Donald Tramp seçkidə qələbə qazandıqdan sonra saxtakarlıq faktlarında adları hallanan məmurlara qarşı sərt tədbirlər görəcəyinin anonsunu verib.

tag: ABŞ,Seçki,Donald Tramp,Kamala Harris, Demokratlar, todaypress.az,