Dollar ucuzlaşa bilər
ABŞ-nin tətbiq etdiyi tariflər iki fərqli nəticəyə səbəb ola bilər.
TodayPress xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında deyilir.
Birinci ssenariyə əsasən, idxalın azalması fonunda xarici valyutaya tələbat düşəcək və bu, dolların möhkəmlənməsinə gətirib çıxaracaq.
Eyni zamanda, digər ölkələr pul-kredit siyasətini yumşaldaraq öz valyutalarının məzənnəsini aşağı sala bilərlər ki, bu da onların ixracını dəstəkləməyə yönəlib.
İkinci ssenari isə daha risklidir: ABŞ iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik və zəifləyən artım proqnozları dollar aktivlərinə tələbi azalda bilər. IMF xəbərdarlıq edir ki, orta müddətli perspektivdə dolların real dəyəri enə bilər. Xüsusilə, tariflərin ixracyönlü sektorların məhsuldarlığını azaltması bu riskləri artırır.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin cari administrasiyasının yaratdığı iqtisadi qeyri-müəyyənlik səbəbilə dollar və ABŞ dövlət istiqrazlarına investor axını kəskin şəkildə azalmışdı.
Qiymət Mahir
tag: Dollar,ABŞ,Ucuzlaşma,Tarif,todaypress.az,