Dini məbəddə izdiham 6 nəfəri həyatından etdi
Dünya
09.01.2025 09:19
Hindistanın cənub-şərqindəki Andhra-Pradeş ştatındakı Tirumala Venkateşvara məbədində hinduların dini festivalına bilet almaq üçün növbədə yaranan izdiham nəticəsində azı 6 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.
TodayPress “The Tribune”a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.
Yanvarın 10-da başlayacaq festivala yüzlərlə dindar gəlib. Məbəd kompleksinin qapıları açılanda isə güclü sıxlıq yaranıb. Təxminən 40 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, ölənlərdən yalnız bir nəfərin şəxsiyyəti müəyyən edilib.
tag: Hindistan ,Dini, Məbəd ,İzdiham, todaypress.az,