Dilçiliyin atasının “DİLİ TUTULDU”
Dünya
11.06.2024 14:44
Dünya şöhrətli amerikalı dilçi alim, yazıçı Noam Çomski danışa bilmir.
TodayPress xəbər verir ki, 95 yaşlı alimin köməkçisi akademikin səhhətinin pisləşdiyini açıqlanıb. Onun sözlərinə görə, Çomski artıq yeriyə bilmir:
“Professor e-poçtlara cavablaya bilməcək. Onun müsahibə vermək imkanı da yoxdur. O, hələki bizimlədir. Çətin bir də ictimaiyyət arasına qayıtsın...”.
Qeyd edək ki, Noam Çomski dilçilik, siyasi fəallıq və sosial tənqid sahəsindəki işi ilə tanınıb. “Dilçiliyin atası” adlandırılan Çomski həm də analitik fəlsəfənin əsas siması və koqnitiv elm sahəsinin banilərindən biridir.
Günəş Mərd
tag: Dilçilik, Professor, Çomski, Noam Çomski,Amerika, todaypress.az,