"Der Spiegel": NATO ölkələri Baltikə nəzarəti ələ keçirmək istəyir

Dünya

15.01.2025 12:23

“Baltik dənizində sualtı kabellərin zədələnməsi NATO-nu təşvişə salıb və buna görə də hərbi bloka daxil olan ölkələr ona nəzarəti ələ keçirmək istəyirlər”. 

TodayPress xəbər verir ki, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı yazıb.

Materialda qeyd olunub ki, yanvarın 15-də Almaniya, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva, Polşa və İsveçin nümayəndələri görüşərək Baltikdə iddia edilən təxribatı müzakirə ediblər.

Onlar Rusiyanı təxribatda şübhəli bildiklərini və Moskvanı təxribatçı dəniz manevrlərində ittiham etdiklərini də gizlətməyiblər. 

“Ümumilikdə, müxtəlif ölkələrdən təxminən on gəminin Baltik dənizi regionunu müşahidə edəcəyi gözlənilir. Ümid var ki, onlar Rusiya üçün çəkindirici rol oynayacaq" jurnalda bildirilib. 

Qeyd edək ki, NATO infrastrukturun təhlükəsizliyini təmin etmək üçün Baltik dənizində patrul missiyasına başlayıb.

Günəş Mərd

tag: NATO, Baltik ,Ölkələr, Rusiya, todaypress.az,