Deputatlar səfərbərliklə bağlı yeni qanun hazırlayırlar

Dünya

26.07.2024 11:20

Ukrayna Ali Radası xaricə gedən sakinlərini vətənlərinə qayıtmağa həvəsləndirmək üçün Demoqrafiya və Diaspor Nazirliyinin, habelə demoqrafik potensialın bərpası fondunun yaradılması haqqında qanun layihəsinə baxacaq.

TodayPress, “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Radanın öz rəsmi səhifəsində məlumat yayılıb. 

Fondun əsas istiqamətlərindən biri əhalinin miqrasiya artımının, ilk növbədə, xaricdə yaşayan ukraynalıların vətənlərinə qayıtması üçün stimulların təmin edilməsidir. Əhalini respublikaya cəlb edəcək proqramların hazırlanması nazirliyə həvalə olunacaq.

Bildirilib ki, təşəbbüsün həyata keçirilməsi büdcədən əlavə xərclər tələb etməyəcək. Əgər maddi dəstək lazım olarsa, onlar Avropa İttifaqının, xarici ölkələrin, beynəlxalq və donor təşkilatların yardım proqramları və qrantlarından daxil olan vəsaitlər hesabına ödənilə bilər. 

Töhfə Səməd

tag: Deputat, Səfərbərlik, Qanun, Rada, todaypress.az,