Deputat: “Zelenskinin “Qələbə Planı” şansını itirdi”

Dünya

06.11.2024 17:55

Ukrayna prezidenti Volodimir Zelenskinin “Qələbə Planı” respublikaçı Donald Trampın ABŞ prezident seçkilərindəki qələbəsindən sonra həyata keçirilmək şansını itirdi.

TodayPress xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksey Qonçarenko öz “Telegram” kanalında bildirib.

“Qətiyyətlə deyə bilərik ki, “Qələbə Planı” iflasa uğradı. Bizə qələbə üçün dərhal öz planımız lazımdır” o, yazıb.

Deputat hesab edir ki, Trampın Ağ Evə gəlişi ilə dünya nizamı qaydalara deyil, razılaşmalara əsaslanacaq. 

 Günəş Mərd

tag: Ukrayna, Zelenski, Qələbə Planı, Ali Rada, Aleksey Qonçarenko, todaypress.az,