Deputat çağırış etdi: “Ölkədə sabitliyi pozmayın!”
Dünya
19.08.2024 14:59
“Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası xarici təşkilat və fondları Gürcüstana ölkədə sabitliyin pozulmasına və hakimiyyətin dəyişdirilməsinə yönəlmiş vəsait axınını dayandırmağa çağırır”.
TodayPress “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu hakim partiyadan olan deputat Arçil Qorduladze bildirib.
“Ölkəmizə, xüsusən də seçkiqabağı dövrdə, bilavasitə sabitliyi pozmağa yönəlmiş vəsait axınını dayandırın” deyə o, bildirib.
Deputatın sözlərinə görə, hakim partiya Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkatın hakimiyyətə qayıtmasına imkan verməyəcək.
Günəş Mərd
tag: Gürcüstan, Sabitlik, Deputat,Arçil Qorduladze,Mixeil Saakaşvili, todaypress.az,