Deputat arı sancmasından öldü

Dünya

05.08.2024 17:28

Moldovalı deputat Yuri Pasat arı sancması nəticəsində yaranan anafilaktik şokdan vəfat edib. 

TodayPress xəbər verir ki, bu barədə deputatın üzvü olduğu hakim “Fəaliyyət və Həmrəylik” partiyasının mətbuat xidməti məlumat yayıb.

Yuri Pasat kənd təsərrüfatı və qida sənayesi komissiyasının sədr müavini vəzifəsində çalışıb.

Onun avqustun 5-də dünyasını dəyişdiyi qeyd edilir.

Günəş Mərd

tag: Moldova,Deputat, Yuri Pasat, Fəaliyyət və Həmrəylik, Qida Sənayesi, todaypress.az,