“Denq” qızdırmasından ölənlərin sayı 541-ə çatdı

Dünya

13.12.2024 16:01

Banqladeşdə ilin əvvəlindən “denq” qızdırmasından ölənlərin sayı 541-ə yüksəlib.  

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində Dəkkə şəhərinin beş sakini “denq”dən dünyasını dəyişib,  ölkə üzrə 344 xəstə isə xəstəxanaya yerləşdirilib. 

Hazırda xəstəxanalarda qızdırma əlamətləri olan 1840 xəstə müalicə olunur. 

Xatırladaq ki, Banqladeşdə qızdırmanın ilk böyük epidemiyası 2000-ci ildə baş verib və o vaxtdan bəri xəstəlikdən ölüm nisbəti hər il yüksək olaraq qalır. 

Günəş Mərd

tag: Epidemiya, Qızdırma, Ölüm, Xəstə, todaypress.az,