Dənizin ortasında qayıq alovlandı: 34 nəfər həlak oldu
Dünya
22.06.2024 15:51
İtaliyanın Sahil Mühafizə Xidməti bu həftənin əvvəlində Aralıq dənizində miqrantları daşıyan qayığın batmasından sonra 34 cəsədi çıxara bilib.
TodayPress xəbər verir ki, 11 nəfər xilas edilib, digər itkin düşənlərin axtarışları davam etdirilir. Ölənlər arasında qadınlar və uşaqlar da var.
BMT-nin Qaçqınlar üzrə Agentliyinin və digər təşkilatların məlumatına görə, motorlu qayıq iyunun 16-na keçən gecə İtaliya sahillərində alovlanıb və batıb.
Qayıqda İran, Suriya və İraqdan olan təxminən 75 nəfər olub.
tag: Dəniz, Miqrant, Aralıq Dənizi, BMT,Qaçqın, todaypress.az,