Dənizdən 100 kq-dan çox kokain tapıldı

Dünya

19.02.2025 16:10

1757

Polşa sərhədçiləri fevralın 19-u Baltik dənizinin dibində 100 kiloqram kokain tapıb. TodayPress xəbər verir ki, bu barədə “Radio Qdansk” məlumat yayıb. 

Məlumata görə, Polşa Sərhəd Xidməti külli miqdarda narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupu saxlayıb, 7 nəfər qaçaqmalçılıqda şübhəli bilinərək həbs edilib.  Müəyyən edilib ki, cinayətkarlar qadağan olunmuş maddələri dəniz yolu ilə Polşaya gətirir.  Nəticədə qara bazarda dəyəri təqribən 15 milyon dollara (25 milyon manat) bərabər olan 100 kq-dan çox kokain Qdansk körfəzi ərazisində dibdən çıxarılıb.   

Narkotiklərin bu yerə necə atıldığı barədə məlumat verilməyib. Təqsirli bilinənləri 20 ilə qədər həbs gözləyir.

Nicat Osman

tag: Polşa,Nakotik,Kokain,Əməliyyat,Todaypress.az,