"Denge"yə yoluxanların sayı artdı
Dünya
13.10.2024 16:38
İranda "Denge" qızdırmasına yoluxanların sayı artıb.
TodayPress xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Qubad Moradi məlumat yayıb.
O, bildirib ki, ilin əvvəlindən xəstəliyə yoluxanların sayı 226 nəfərə çatıb.
Onun sözlərinə görə, Çabahar şəhərində "Denge" qızdırmasının yayılması daha yüksəkdir. Hazırda şəhərdə virusa yoluxanların sayı azı 100 nəfərdir.
Qeyd olunur ki, xəstəliyin əsas əlamətlərinə yüksək hərarət, bədən ağrıları, göyərmə və yorğunluq daxildir.
tag: İran,Denge,Qızdırma,Ölüm,Yoluxma,Todaypress.az,