Demokratlar Donald Trampdan niyə qorxurlar?
Dünya
29.10.2024 13:13
ABŞ-nin 45-ci prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Donald Trampın çıxışlarından demokratlar olduqca narahatdır.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Nəşr bildirub ki, siyasətçinin sözlərindən sonra demokratlar mümkün seçki saxtakarlığından qorxmağa başlayıblar.
Daha əvvəl Tramp mitinqdə çıxışı zamanı respublikaçıların Nümayəndələr Palatası və onun spikeri Mayk Consonla bağlı “kiçik bir sirri” olduğunu söyləmişdi. O, konkret nədən söhbət getdiyini açıqlamasa da, söz verib ki, bu sirr noyabrda keçirilməsi planlaşdırılan prezident seçkilərindən sonra açılacaq.
Töhfə Səməd
tag: Tramp, ABŞ, Mayk, Mitinq,Dünya, todaypress.az,