Demokratlar Baydenə qəzəblidir

Dünya

10.12.2024 14:17

1510

Demokratlar Partiyasının nümayəndələri ABŞ prezidenti Cozef Baydenin seçkilərdən sonra Donald Trampın andiçmə mərasimini gözləmədən ölkə rəhbərliyindən uzaqlaşmasına qəzəblənib. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, Ağ Evə rəsmi gəlişinə hələ ay yarım qalmasına baxmayaraq, Tramp artıq mahiyyətcə ölkə siyasətini müəyyənləşdirir.

Qəzet xüsusilə xatırladır ki, Bayden Notr-Dam Katedralinin bərpasından sonra açılış mərasimi üçün Fransaya getməyib, Tramp orada Fransa lideri Emmanuel Makron və Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşüb. 

Bundan əlavə, respublikaçı, demokrat sələfindən fərqli olaraq, artıq ABŞ-nin ticarət və miqrasiya sahəsində prioritetlərini açıq şəkildə bəyan edib.

Töhfə Səməd

tag: Bayden, Fransa, Lider, Tramp, todaypress.az,