"Demokratiyada siyasi zorakılığa yer yoxdur!" - Obama
Dünya
14.07.2024 10:01
ABŞ-nin keçmiş prezidenti Barak Obama Donald Trampa edilən hücuma münasibət bildirib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
"Bizim demokratiyada siyasi zorakılığa qətiyyən yer yoxdur. Nə baş verdiyini hələ dəqiq bilməsək də, keçmiş prezident Trampın ciddi xəsarət almadığına görə hamımız rahat olmalıyıq. Biz siyasətdə sivilliyi və hörməti bərpa etməliyə çalışmalıyıq. Mişel və mən ona tezliklə sağalmağı arzulayıram” deyə Obama paylaşımda qeyd edib.
Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donal Tramp şənbə günü keçirilən mitinqində silahlı hücuma məruz qalıb Ona atəş açan silahlı şəxs atışma nəticəsində ölüb.
Günəş Mərd
tag: Tramp, Obama, sui-qəsd, hücum, ABŞ,todaypress.az,