Dəməşqdən sonra Hələb hava limanı uçuşları dayandırdı
Dünya
08.12.2024 11:48
Hələb və Dəməşq beynəlxalq hava limanları müvafiq olaraq dekabrın 17 və 18-nə qədər bütün reyslərin gəliş və enişlərini ləğv edib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb.
Qeyd olunub ki, Dəməşq hava limanında uçuşlar dekabrın 18-i bərpa oluna bilər.
Xatırladaq ki, dekabrın 8-i Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən Suriya üsyançıları Dəməşqə nəzarəti ələ keçirdiklərini və mövcud rejimi devirdiklərini bəyan ediblər. Ölkə prezidenti Bəşər Əsəd naməlum istiqamətə uçaraq ölkəni tərk edib.
Günəş Mərd
tag: Suriya,Dəməşq,Uçuş,Bəşər Əsəd,Todaypress.az,