Dəməşqdə parad keçirildi
Dünya
28.12.2024 09:40
Suriyada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əş-Şam” (HTŞ) silahlıları Dəməşqdə parad keçiriblər.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Paraddan görüntülər Dəməşq sakinləri tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Suriyada siyasi vəziyyət noyabrın sonunda yerli müxalifətin silahlı dəstələrinin hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçməsi ilə daha da mürəkkəbləşib. Nəticədə onlar bir neçə yaşayış məntəqəsini nəzarətə götürüblər və dekabrın 8-nə keçən gecə ölkənin paytaxtı Dəməşq şəhərini ələ keçiriblər. Bunun fonunda Suriya qoşunlarının komandanlığı respublika prezidenti Bəşər Əsədin hakimiyyəti dövrünün başa çatdığını elan edib.
Günəş Mərd
tag: Dəməşq ,Suriya ,İsrail ,Parad ,todaypress.az,