Dəməşqdə komendant saatı tətbiq edildi

Dünya

08.12.2024 16:45

Suriya paytaxtı Dəməşqdə komendant saatı tətbiq edilib.

TodayPress xəbər verir ki,  bu barədə Suriyanın “Əl-Vatan” qəzeti yazıb. 

Qeyd olunub ki, qərar hərbi administrasiya tərəfindən verilib. 

Xatırladaq ki, bundan əvvəl hadisə şahidləri Dəməşqdə atışmaların davam etdiyini və insanların şəhəri kütləvi şəkildə tərk etdiyini bildirmişdi. 

Günəş Mərd 

tag: Dəməşq,Suriya ,Komendant saatı ,Atışma,Todaypress.az,