Dəməşqdə komendant saatı ləğv edildi

Dünya

11.12.2024 19:30

Suriyada hakimiyyətə gələn silahlı müxalifət Dəməşqdə komendant saatının ləğv edildiyini elan edib.

TodayPress xəbər verir ki, müvafiq bəyanat Hərbi əməliyyatlar idarəsinin (müxalifət birləşmələrinin rəhbər orqanı) “Telegram” kanalında dərc edilib.

“Al Jazeera” telekanalının məlumatına görə, Suriya müxalifəti həmçinin ətraf rayonlarda da komendant saatını ləğv edib.

tag: Suriya,Dəməşq,Komendant saatı ,Atışma,Todaypress.az,