Dəməşq hava limanında uçuşlar bərpa edildi

Dünya

07.01.2025 15:35

Suriyanın Dəməşq hava limanında beynəlxalq uçuşlar bərpa edilib.

TodayPress xəbər verir ki, bu barədə “AFP” yazıb.

Bildirilib ki, Bəşər Əsədin devrilməsindən sonra ilk dəfə olaraq Dəməşq hava limanında beynəlxalq uçuşlar bərpa edilib.

Məlumata görə, Suriya Hava Yollarına məxsus təyyarə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərinə uçmaq üçün səhər saat 11:45 radələrində havaya qalxıb.

tag: Dəməşq ,Təyyarə, Liman, Bərpa, todaypress.az,