Dəməşq Beynəlxalq Hava Limanı fəaliyyətə başlayacaq

Dünya

04.01.2025 16:20

Dəməşq Beynəlxalq Hava Limanı yanvarın 7-dən beynəlxalq uçuşlara başlayacaq.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.  

Dekabrın 22-də bildirilmişdi ki, Dəməşq Beynəlxalq Hava Limanı yalnız mülki aviasiyaya cavabdeh olan dövlət orqanının xüsusi icazəsi əsasında təyyarələrin qəbulu və göndərilməsi üzrə fəaliyyətini davam etdirir.   

Qeyd edək ki, dekabrın 8-də Suriya müxalifətinin silahlı dəstələri ölkənin paytaxtında nəzarəti ələ keçirib. Həmin gün Suriyada hava limanları müvəqqəti bağlanıb. Dekabrın 13-də ölkənin iki əsas hava qovşağı - Dəməşq və Hələb yalnız xüsusi icazə ilə xarici təyyarələrin qəbulunu və göndərilməsini bərpa edib.   

Günəş Mərd

tag: Dəməşq, Suriya, Hava Limanı, Fəaliyyət ,todaypress.az,