Delfinlərin ölüm səbəbi açıqlandı

Dünya

28.12.2024 14:08

Kubanda mazut sızması delfinlərin ölümünə səbəb olub. 

TodayPress xəbər verir ki, bu faktı Rosrıbolovstvo mütəxəssisləri təsdiqləyiblər.

Kerç boğazına neft məhsullarının buraxılması ilə əlaqədar agentliyin məlumatına görə, su quşlarının sayı da azalıb. Fövqəladə vəziyyətin nəticələri ilə üzləşmiş yaşayış məntəqələri arasında Rosrıbolovstvo Anapa, Vityazevo və Blaqoveşenskaya kəndinin sahilyanı əraziləri də var.

Hazırda neft sızıntısından zərər çəkmiş ərazilərdə onun aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. 

Dekabrın 15-də Qara dənizdə 9 min ton mazut daşıyan "Volqoneft-212" və "Volqoneft-239" tankerləri qəzaya uğrayıb. Qəzaların səbəbi təhlükəli hava şəraiti və ya ekipajın səhvi ola bilər. 

Töhfə Səməd

tag: Kerç , Qara d əniz,Mazut, Anapa, todaypress.az,