Dəhşət! Terrorçular öz evlərini partlatdılar

Dünya

25.04.2025 10:03

5

Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində partlayışlar baş verib.

TodayPress xəbər verir ki, bu barədə "PTI" agentliyi məlumat yayıb. 

Bildirilib ki, hadisə terror aktında iştirak etdiyi iddia edilən şəxslərin yaşadığı iki evdə qeydə alınıb.   

Təhlükəsizlik qüvvələri "Laşkar-e-Taiba" qruplaşmasının üzvləri olan iki nəfərin evində axtarış apararkən, binalara yerləşdirilmiş partlayıcılar işə düşüb.

Nəticədə binalar dağılıb.

Hadisə zamanı ölən və ya yaralananlar barədə hələ məlumat yoxdur.

Xatırladaq ki, aprelin 22-də Cammu və Kəşmirin Pahalqam turizm şəhərində terror aktı törədilib. 

Türkan İsgəndərli

tag: Hindistan,Terror,Partlayış,Ev,todaypress.az,