Debatların ilkin vaxtı açıqlandı

Dünya

22.10.2024 16:05

Moldovanın hazırkı prezidenti Maria Sandu ilə Sosialist Partiyasının namizədi Aleksandr Stoyanoqlo arasında debat bu həftənin sonunda baş tuta bilər. 

TodayPress xəbər verir ki, bu barədə Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Adrian Balutsel özünün “Telegram” kanalında bildirib.

“Debatın dəqiq tarixi hələ də müzakirə olunur, Lakin biz bunu mümkün qədər tez etməyi təklif edirik” deyə Balutsel yazıb.

O, əlavə edib ki, hazırkı prezidentin komandası debatların təşkil olunduğu şəraitdən daha çox onun nə vaxt keçiriləcəyinə üstünlük verir.

Xatırladaq ki, oktyabrın 20-də Moldovada prezident seçkiləri və respublikanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendum keçirilib. Səsvermənin birinci turunun nəticələrinə görə, dövlət başçısı vəzifəsinə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməyib. Bu o deməkdir ki, seçkilər ikinci tura qalıb. Dövlət rəsmilərinin yaydıqları məlumatlara əsasən, ikinci tur noyabrın 3-də baş tutacaq.

Töhfə Səməd

tag: Moldova, Prezident, Maria Sandu, Partiya,Aleksandr Stoyanoqlo, todaypress.az,