Dayanacaqda tapılan rəsm əsəri hərracda 17.5 milyon funt sterlinqə satıldı
Dünya
04.07.2024 00:00
Oğurlandıqdan sonra Londonda
avtobus dayanacağında plastik torbada tapılan rəsm hərracda 17.5 milyon funt sterlinqə satılıb.
TodayPres xəbər verir ki,
İntibah dövrü rəssamı venesiyalı Titianın 1510-cu ildə hələ 20 yaşında olarkən
çəkdiyi “The Rest on the Flight into Egypt” əsəri Londonun “Christie's” hərrac
evi tərəfindən satılıb.
Əsər 1995-ci ildə Uiltşirdəki
bir evin qonaq otağından oğurlanıb, lakin yeddi il sonra Londondakı avtobus
dayanacağında plastik torbada çərçivəsiz tapılıb. Hərracçılar bildiriblər ki, rəsm
əsərinin satıldığı məbləğ rəssam üçün yeni dünya hərrac rekordudur.
Tablonun Avstriya İmperatoru
II İosif də daxil olmaqla, illər ərzində bir çox sahibi olub.
tag: London, Titian, The Rest on the Flight into Egypt,Hərrac, todaypress.az,