Daşqınlar Polşaya bir milyard dollara yaxın zərər vurdu

Dünya

21.09.2024 16:00

899

Daşqınların Polşanın cənubundakı Aşağı Sileziya voyevodalığına vurduğu zərər təxminən 1 milyard dollar həcmində qiymətləndirilir.

TodayPress xəbər verir ki, anomal leysan yağışları səbəbindən Polşanın cənubunda güclü daşqınlar baş verib - çaylar məcrasından çıxıb, yaşayış məntəqələri su altında qalıb, insanlar təxliyə olunub. Artıq bir neçə ölüm faktı məlumdur. Bir sıra ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Təbii fəlakətin ən böyük zərbəsi mərkəzi şəhər olan Vroslav ilə Aşağı Sileziya voyevodalığına dəyib. Daşqın dalğası hazırda Bjeq Dolnı şəhərindən keçir. Polşa Meteorologiya və Su Təsərrüfatı İnstitutunun məlumatına görə, Vroslav şəhərində suyun səviyyəsi azalmağa başlayıb.

tag: Polşa, Daşqınlar ,Leysan ,Vroslav ,Bjeq Dolnı, todaypress.az,