Daşqınlar can almağa davam edir

Dünya

23.08.2024 16:38

Hindistanın şimal-şərqindəki Tripura əyalətində son 24 saat ərzində daşqın və torpaq sürüşməsi nəticəsində 10 nəfər həlak olub. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.  

Həftə ərzində yağan güclü yağışlar bölgədə geniş selə  və torpaq sürüşmələrinə səbəb olub. 

Zərər çəkənlərin sayı 1,7 milyon nəfərə çatıb.  

Daha bir neçə nəfər itkin düşüb. 

Xilasetmə əməliyyatlarına Hindistan Hərbi Hava Qüvvələrinin “Mi-17” helikopterləri, ordu bölmələri və xilasetmə qrupları cəlb olunub. Hindistanın hər yerindən hərbi nəqliyyat təyyarələri ilə bölgəyə humanitar yardımlar çatdırılır.

Günəş Mərd

tag: Tripura, Hindistan, Yağışlar, Hərbi Hava Qüvvələri, Əməliyyatlar, todaypress.az,