Daşqınlar Banqladeşdə minlərlə insana ziyan vurdu

Dünya

23.08.2024 14:00

Banqladeşdə son üç gündə mövsümi yağışlar və daşqınlar nəticəsində azı 13 nəfər ölüb. 

TodayPress xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ölümə əsas səbəblər elektrik cərəyanın vurması və ağacların aşması olub.  

Xilasedicilər təcili yardım göstərmək üçün 190 minə yaxın insanı müvəqqəti sığınacaqlara çatdırıblar.  

Qeyd edək ki, ümumilikdə, ölkənin 64 rayonundan 11-i daşqınlardan zərər çəkib. Ən çox zərər çəkmiş şəhər Çittaqonqdan 100 km şimal-qərbdə yerləşən Feni şəhəri olub.

Günəş Mərd

tag: Daşqın, Banqladeş, Xilasedicilər, FHN, todaypress.az,