Daşqın səbəbindən 2 minə yaxın ailə təxliyə edildi

Dünya

01.07.2024 17:03

Myanmanın şimalındakı Kaçin əyalətində leysan yağışlar nəticəsində çayın səviyyəsinin təhlükəli həddə çatması səbəbindən 2 minə yaxın ailə təxliyə edilib.

TodayPress xəbər verir ki, hadisə zamanı heç bir ölüm hadisəsi qeydə alınmayıb. Xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.Sakinlər bölgədəki məktəb, kilsə və monastırdakı müvəqqəti sığınacaqlara köçürülüb.

Növbəti günlərdə çayda su səviyyəsinin yenidən qalxacağı gözlənilir.

tag: Myanma, Kaçin, Daşqın, Leysan, todaypress.az,