Danışıqların Qahirə raundu nəticəsiz başa çatdı
Dünya
26.08.2024 09:31
Qəzza zolağında atəşkəslə bağlı Qahirədə keçirilən İsrail-Həmas danışıqlarının növbəti raundu nəticə verməsə də, proses davam edəcək.
TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qahirədəki danışıqlar konstruktiv keçib və bütün iştirakçıların ümumi fikri yekun və işlək razılığın əldə edilməsi olub. Qalan məsələlərin detallı müzakirəsi işçi qruplar vasitəsilə yaxın günlərdə davam etdiriləcək.
ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Halifaxda keçirdiyi mətbuat konfransında Vaşinqtonun Misir və Qətər vasitəçiləri, habelə İsrail tərəfi ilə hələ də Qahirədə fəal şəkildə işlədiyini bildirib.
ABŞ rəsmiləri danışıqların uğurla başa çatacağına ümid edir.
Günəş Mərd
tag: Qahirə, İsrail, HƏMAS, ABŞ, Misir, Qətər, todaypress.az,