Danışıqların növbəti raundu Qahirədə baş tutacaq

Dünya

20.08.2024 12:48

“Yüksək səviyyəli rəsmilər atəşkəslə bağlı danışıqları davam etdirmək üçün həftənin sonuna qədər Qahirədə yenidən görüşəcəklər”.

TodayPress xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib. 

"Dövlət katibi Blinken İsrailin təhlükəsizliyinə sadiqliyimizi təsdiqləmək, həmçinin bu sazişin bağlanması istiqamətində səylərimizi davam etdirmək üçün hazırda həmin ərazilərdədir" deyə Ağ Ev nümayəndəsi bildirib.

Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, İsrail danışıqlarla bağlı təklifi qəbul edib. Hazırda HƏMAS-dan adekvat addım atmasını gözlüyürük.

Töhfə Səməd

tag: Qahirə, ABŞ,Blinken, israil, HƏMAS, todaypress.az,