Danışıqlar başladı, HƏMAS tədbirə qatılmadı

Dünya

15.08.2024 17:00

1928

Qətərin paytaxtı Dohada Qəzzada atəşkəsin əldə edilməsi ilə bağlı danışıqlar başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “The National” məlumat yayıb. 

Görüşdə Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak etsələr də, HƏMAS tədbirə qatılmayıb.

İsrail tərəfi bildirib ki, danışıqların əlavə raundları sadəcə HƏMAS-a fayda vermək üçün nəzərdə tutulub. İsrail tərəfi hər hansısa bir irəliləyişin olacağına ümidinin olmadığını açıqlayıb. Həmçinin ABŞ-nin təkliflərinə yeni tələblər əlavə etmək zəruri hesab edib. 

Nəşrin yazdığına görə, danışıqlar ilk növbədə İsrail və HƏMAS arasındakı fikir ayrılıqlarını azaltmağı prioritet seçib. Lakin İsrailin “HƏMAS-ın kökünü kəsmək” və müharibədən sonra Qəzzadan onu tamamilə çıxarmaqda israr etməsi danışıqların taleyini şübhə altına salır.

Qeyd edək ki, Qətərdəki danışıqlarda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns, İsrail və Misirin kəşfiyyat rəhbərləri, həmçinin Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani bir araya gəlir.

Töhfə Səməd

tag: Qətər, İsrail, Qəzza, HƏMAS, Uilyam Burns, Misir, todaypress.az,