Danimarkaya aid "F-16"ların bir hissəsi Ukraynaya gətirildi
Dünya
07.12.2024 14:00
Danimarkanın Ukraynaya verəcəyi “F-16” qırıcılarının daha bir hissəsi ölkəyə gətirilərək müharibədə istifadə olunmağa başlayıb.
TodayPress “Unian“a istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, həmin qırıcıların ölkə əhalisinin və infrastrukturun qorunmasında mühüm rolu var:
“Bu təyyarələr artıq Rusiyanın atdığı raketlərin vurulmasında istifadə olunur və beləliklə, insanlarımızı xilas edir. Onlar həm də hava məkanımızın müdafiəsində iştirak edir. Bütün tərəfdaşlarımız Danimarka kimi qərarlı olsa Rusiyaya qalib gəlmək asan olacaq”.
tag: Ukrayna ,Danimarka, Əhali ,F-16, todaypress.az,