Danimarkada məktəblərdə smartfonların istifadəsinə məhdudiyyət tətbiq edilir
Dünya
05.10.2024 19:05
Danimarka təhsildə rəqəmsal alətlərdən istifadə edilməsində həmişə liderlərdən biri hesab olunub, lakin indi o, bu təcrübədən ilk uzaqlaşan ölkələrdən biridir. Daha çox təhsil ocağı “mobil cihazsız məktəblər” siyasətini həyata keçirir, buna uyğun olaraq, şagirdlər dərs gününün sonuna qədər telefonlarını təhvil verməyə borcludurlar.
TodayPress “Euronews” kanalına istinadla xəbər verir ki, Danimarkada məktəblərdən birində şagirdlər dərs günü ərzində telefonlarını seyfdə qoymağa borcludurlar. 2023-cü ildə start verilən bu pilot proqramı həm valideynlər, həm də müəllimlər tərəfindən dəstəklənib və hazırda davamlı təcrübəyə çevrilib.
Məktəb müəllimləri mobil telefonlardan məhdudiyyətsiz istifadənin şagirdlərin konsentrasiyasına necə zərər verdiyini gördükdə, qadağa tətbiqini təklif ediblər.
tag: Danimarka,Təhsil ,Məktəb ,Smartfonlar ,todaypress.az,