Danimarka və Niderland Ukraynaya 14 “Leopard 2” tankı göndərəcək
Dünya
25.07.2024 11:40
Danimarka və Niderland yayın sonunadək Ukraynaya daha 14 “Leopard 2” tankı tədarük edəcək.
TodayPress xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Ötən il Niderland və Danimarka “Rheinmetall” kompaniyası tərəfindən əsaslı təmir edilən 14 “Leopard 2A4” tankı alıb. Tanklar yayın sonunadək Kiyevə təhvil veriləcək” deyə məlumatda bildirilir.
Niderlandın müdafiə naziri Ruben Brekelmans isə öz növbəsində döyüş meydanındakı çətin vəziyyətlə əlaqədar Ukraynanın daha çox hərbi dəstəyə ehtiyacı olduğunu qeyd edib. Onun sözlərinə görə, Amsterdam tərəfdaşları və müttəfiqləri ilə birgə Ukraynaya lazımi dəstəyi davam etdirəcək.
tag: Danimarka, Niderland, Ukrayna, Kiyev, Tank, todaypress.az,