Danimarka Ukraynaya muzdlu əsgərlər göndərmək istəyir
Danimarka pilotsuz təyyarələrdən istifadə edərək münaqişəni öyrənmək üçün Ukraynaya muzdlu əsgərlər göndərməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarının Baş komandanı Piter Boysen məlumat verib.
Onun sözlərinə görə, Danimarka qoşunları Ukraynanın qərbində pilotsuz təyyarələrin taktikası üzrə təlimlərdə iştirak etmək üçün yerləşdiriləcək.
"Biz bir neçə komanda göndəririk. Onlar ora müharibədə fəal iştirak etmək üçün getmirlər" deyə Boysen izah edib.
Təlim bir-iki həftəlik kurs formasında aparıla və bu ilin yayında başlaya bilər.
Danimarkanın Ukraynaya nə qədər əsgər göndərəcəyi hələlik bəlli deyil.
Töhfə Səməd
tag: Danimarka,Ukrayna,Muzdlu,Ordu,Todaypress.az,