Danimarka Ukrayna ilə bağlı çağırış etdi
Danimarkanın baş naziri Mette Frederiksen Ukrayna Silahlı Qüvvələrinin tədarük edilən silahlarla Rusiyanın dərinliklərinə endirdiyi zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Əvvəllər baş verən gecikmələrə son qoyulsa, çox yaxşı olardı. Və hesab edirəm ki, silahdan istifadəyə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır” deyə baş nazir bildirib.
Frederiksen NATO-nun ölkələrin “qırmızı xət”lərini ictimai müzakirəyə çıxarmasını da səhv addım adlandırıb.
Töhfə Səməd
tag: Danimarka ,Rusiya ,Ukrayna ,NATO ,Silahlı Qüvvələr ,todaypress.az,