Danimarka Qrenlandiyanı verməyə hazırdır - bir şərtlə
Dünya
26.01.2025 14:15
"Böyük Britaniya Qrenlandiya satılarsa, onu almaq hüququna malikdir".
TodayPress xəbər verir ki, bunu Danimarkanın Qrenlandiya məsələləri üzrə keçmiş naziri Tom Heyim deyib.
Nazir bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı almağa cəhd etsə, əvvəlcə Londondan soruşmalı olacaq.
Çünki, 1917-ci ildə ABŞ və Danimarka arasında imzalanan müqaviləyə əsasən, Qrenlandiyanın satılacağı təqdirdə, onu ilk olaraq Böyük Britaniya ala bilər.
Kopenhagenin adadakı keçmiş nümayəndəsi deyib ki, 1917-ci il müqaviləsində o vaxtkı ABŞ prezidenti Vudro Vilson Qrenlandiyanın Danimarka adası olması və həmişə belə qalacağı ilə razılaşıb.
Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyanı alacağını, çünki adanın sakinlərinin amerikalı olmaq istədiyini bildirmişdi.
Nicat Osman
tag: Böyük Britaniya,Qrenlandiya ,Danimarka,ABŞ ,todaypress.az,