Danimarka inəklərə vergi tətbiqini planlaşdırır
Dünya
29.06.2024 08:04
Danimarka süd və donuz fermalarına iqlim vergisi tətbiq etməyi düşünür.
TodayPress xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, Danimarka südçülərindən metan emissiyalarına görə hər inək üçün illik 672 kron (96 dollar) vergi ödəmələri tələb olunur.
Qanun 2030-cu ildə qüvvəyə minəcək.
Qeyd edək ki, Danimarka süd məhsulları və donuz ətinin əsas ixracatçısıdır və ölkənin kənd təsərrüfatı ətraf mühitə ciddi ziyan vurur. Yeni vergi hesabına 40 milyard kron yığmaq planlaşdırılir ki,həmin pullar da meşələrin və bataqlıqların bərpasına sərf olunacaq.
GÜNEL
tag: Danimarka, İnək, Vergi, Süd məhsulları, todaypress.az,