“Dang” virusu 337 nəfəri həyatından etdi

Dünya

07.08.2024 16:25

Filippində bu ilin yanvar ayından bu yana 128 min 834 “dang” xəstəliyinə yoluxma halı, 337 ölüm halı qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, ötən ilə nisbətən yoluxm halları 33 faiz artıb, ölənlərin sayı isə azalıb. 

"Dang" virusu dünyanın tropik və subtropik bölgələrində şiddətli qripə bənzər simptomlara səbəb olan xəstəlikdir. "Sınıq sümük qızdırması" kimi tanınan bu virus insana "Aedes" ağcaqanadları vasitəsi ilə keçir. 

Töhfə Səməd

tag: Dang Virusu, Filippin, Səhiyyə Nazirliyi,Sınıq sümük qızdırması, Aedes, todaypress.az,