Daha bir qorxulu epidemiya başlayır
Dünya
05.01.2025 10:02
Çində yeni metapnevmovirusunun (hMPV) yayılması xəstəxanaların sıxılmasına səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Məlumata görə, xəstələr üşütmə, öskürək, boğaz ağrısı, həmçinin halsızlıq və başgicəllənmə kimi simptomlarla xəstəxanalara müraciət edirlər. Virus ağciyərlərə hücum edərək COVID-19 və qripə bənzər simptomlara səbəb olur.
Qeyd olunub, infeksiya artıq yerli səhiyyə sisteminə xeyli çətinlik yaradıb. Çin hazırda yeni bir virusun ortaya çıxması ilə bağlı xəbərdarlıq etməyə hazırlaşır.
Vəziyyətlə əlaqədar tibb mütəxəssisləri səlahiyyətlilərə və ictimaiyyətə yoluxma ehtimalını azaltmaq üçün maskalar taxmaq və əlləri mütəmadi olaraq dezinfeksiya etmək və digər gigiyena qaydalarına əməl etmək tövsiyə edilib.
Günəş Mərd
tag: Çin ,Virus,Epidemiya,Xəstələr,Todaypress.az,