Daha bir qanlı gecə: Beyrutda ölənlər və yaralılar var

Dünya

11.10.2024 13:00

İsrailin Beyrutun mərkəzindəki Ras An-Naba bölgəsinə endirdiyi zərbələr nəticəsində 11 nəfər ölüb, 48 nəfər yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin Fövqəladə Hallar Mərkəzi bəyanat yayıb.

Bildirilir ki, İsrailin aviazərbələri nəticəsində iki çoxmərtəbəli yaşayış binasına ciddi ziyan dəyib.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

tag: İsrail,Beyrut,Ras An-Naba,Livan,Səhiyyə Nazirliyi,todaypress.az,