Daha bir ölkədə Ukrayna səfirliyi açılacaq

Dünya

26.09.2024 09:18

Panama prezidenti Xose Raul Mulino ölkədə Ukrayna səfirliyinin açılacağını deyib. 

TodayPress xəbər verir ki, o, bu barədə  Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Volodimir  Zelenski ilə görüşdən sonra bildirib. 

"Biz bu ölkənin Panamada səfirliyini açmaqla Ukrayna ilə qardaşlıq əlaqələrini gücləndirmək niyyətindəyik" deyə Panama lideri qeyd edib. 

Günəş Mərd

tag: Panama, Prezident ,BMT, Xose Raul Mulino ,Ukrayna ,Zelenski ,todaypress.az,