Daha bir ölkə vətəndaşlarını Livanı tərk etməyə səslədi
İtaliya baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani həmvətənlilərini Livanı tərk etməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Beyrutdan Qərbə hələ də uçuşlar var, ona görə də biz onlara ölkəni tərk etməyi tövsiyə edirik” deyə nazir bildirib.
O, qeyd edib ki, Livanda işləyən italyanların sayı 300-dən çox deyil.
tag: İtaliya ,Müavin,XİN,Antonio Tayani,Livanı ,Beyrut,Qərb,Uçuş,todaypress.az,