Daha bir ölkə Ukraynaya yardım əlini uzatdı

Dünya

26.10.2024 18:45

Serbiya prezidenti Aleksandar Vuçiç Ukraynaya milyonlarla avro dəyərində yardım elan edib. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

Bildirilib ki, ölkə Kiyevə 8,4 milyon avro həcmində elektrik generatorları və transformatorlar təhvil verəcək. 

“Qoy yeni səfir yardımları çatdırsın və təqdim etsin, onların elektrik enerjisinə ehtiyacları var” deyə ölkə başçısı əlavə edib. 

Xatırladaq ki, oktyabrın 25-də məlum olub ki, Ukrayna hakimiyyəti Kiyevdə Serbiyanın səfirliyinin açılmasına razılıq verib. Vuçiç bildirib ki, səfirliyin açılışında Serbiyanın xarici işlər naziri Marko Curiç iştirak edəcək.

Töhfə Səməd

tag: Ukrayna, Yardım, Serbiya, Kiyev, Aleksandar Vuçiç, todaypress.az,